Portuqaliya Sequndasında 37-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq”in B komandası da növbəti görüşdə gücünü sınayıb. "Zolaqlılar” səfərdə "Gimaraynş”ın əvəzedici komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı oyunun iştirak ərizəsinə salınmayıb.
"Sportinq" hazırda 39 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.
Fanat.Az