Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qırğızıstan yoldaşlıq oyununa təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Ali Palabıyık olacaq. Ona Serkan Olquncan, İbrahim Çağlar Uyarcan və Alper Ulusoy (4-cü hakim) köməklik edəcəklər.
Qeyd edək ki, qarşılaşma 20:00-da başlayacaq.
Fanat.Az