Qəbələdə keçiriləcək Azərbaycan Kubokunun finalı yenə də sürprizlərlə yadda qalacaq.
Fanat.Az xəbər verir ki, Peşəkar Futbol Liqası həmişə olduğu kimi, bu dəfə də yüksək təşkilatçılıq qabiliyyətini ortaya qoymağa hazırlaşır.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf edən final qarşılaşmasında azarkeşləri baxımli qarşılaşma ilə yanaşı böyük konsert proqramı gözləyir.
Konsertdə məşhur rumıniyalı xanım müğənnni See Ya da iştirak edəcək.
Xatırladaq ki, mayın 28-də Qəbələ şəhər stadionunda keçiriləcək final qarşılaşmasında "Qəbələ”nin rəqibi "Keşlə” olacaq.