AFFA İntizam Komitəsi "Zirə"nin futbolçusu Riçard Qadzeyə Topaz Premyer Liqasının XXVI turunda "Səbail" komandası ilə görüşdə göstərilmiş sarı vərəqəni ləğv edib.
Fanat.Az xəbər verir ki, bu qərar 43-cü dəqiqədə baş vermiş epizodun videotəkrarına baxıldıqdan sonra çıxarılıb. Qərarda bildirilir ki, baş hakim İnqilab Məmmədov Gadzeyə simuliyasiyaya görə sarı vərəqə göstərərkən, epizodu düzgün qiymətləndirməyib. Bu görüş "Zirə"nin 1:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb.
İntizam Komitəsi, həmçinin "Qarabağ"ı azarkeşlərinin "Neftçi" ilə görüşdə pirotexniki vasitələrdən yararlanmaları səbəbindən, "Keşlə"ni isə "Qəbələ" ilə qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar 800 manat cərimələyib.
Fanat.Az