2000-ci il təvəllüdlü futbolçular arasında keçirilən "Slovakia Cup 2018” turnirində II tura start verilib.
Fanat.Az xəbər verir ki, A qrupunda mübarizə aparan Azərbaycan millisi ikinci görüşündə Uelslə qarşılaşıb.
İlk turda uduzan iki komandanın görüşündə Vüqar Məmmədin yetirmələri qələbə qazanıb. Millimiz 3 cavabsız qolla hesabına üç xal yazıb.
B qrupunun ikinci oyun günü ABŞ - Ukrayna matçı ilə başlayıb. Şimali amerikalıları 2:1 hesablı qələbə ilə 1-ci pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, bu gün daha iki oyun keçiriləcək. A qrupunda Slovakiya ilə Macarıstan, B qrupunda Çexiya ilə Qazaxıstan üz-üzə gələcək.
Fanat.Az