"Jilina” ilə müqavilə müddətim davam edir. Mövsüm başa çatdıqdan sonra Slovakiyaya qayıdacam. Yaxın gələcəyimi bu çempionatda görürəm".
Fanat.Az xəbər verir ki, bu sözləri "Səbail”in formasını geyinən Yevgeni Koçuk deyib.
Moldova millisinin yarımmüdafiəçisi moldfootball.com saytına müsahibəsində Azərbaycandakı çıxışını dəyərləndirib: "Mənə daimi oyun təcrübəsi lazım idi. Komandamda müntəzəm çıxış etdiyim üçün sevinirəm. Həmişə olduğu kimi, mənfi amillər var, ancaq müsbət amillər daha çoxdu. Fikrimcə, Azərbaycan çempionatındakı çıxışım uğurludu. "Neftçi” ilə görüşdən sonra bir oyunu buraxdım. Artıq sağlamlıqla bağlı heç bir problemim yoxdu. Hər şey qaydasındadı və mövsümü meydanda başa vurmağa hazıram".
Fanat.Az