20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının bu ay keçirəcəyi oyunların vaxtı açıqlanıb.
Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu millinin hər üç yoxlama görüşü eyni saatda başlayacaq.
Mayın 16-da Gürcüstanın U-20, mayın 24-də və 27-də isə Makedoniyanın U-21 yığması ilə qarşılaşmalar saat 19:00-da start götürəcək. Bütün qarşılaşmalar "Dalğa Arena”da təşkil olunacaq.
Fanat.Az