2000-ci il təvəllüdlü futbolçular arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması 3-cü turda yerli komanda ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra hesabındakı xalları 4-ə çatdıran U-19 millimiz qrupda 2-ci yeri tutub. Turnirin əsasnaməsinə uyğun olaraq, qrup qalibləri finalda, 2-ci pillənin tutan komandalar isə 3-cü yer uğrunda oyunda mübarizə aparmalıdı.
Yığmamız sabah keçiriləcək 3-cü yer uğrunda oyunda digər qrupun 2-cisi olan Amerika Birləşmiş Ştatları komandası ilə qarşılaşacaq. Finalda isə Slovakiya və Çexiya üz-üzə gələcək.
Fanat.Az