Slovakiyada keçirilən 2000-ci il təvəllüdlü futbolçular arasında beynəlxalq turnirin son günündə həlledici qarşılaşmalara start verilib.
Fanat.Az xəbər verir ki, yarışda qüvvəsini sınayan Azərbaycanın U-19 komandası son matçını keçirib.
Vüqar Məmmədin yetirmələri öz qruplarında ikinci olan komandaların duelində gücünü yoxlayıb. Millimiz turnirin 3-cüsü adı uğrunda matçda ABŞ-la üz-üzə gəlib.
Ümidləri doğrultmayan komandanız matçdan böyük hesablı məğlubiyyətlə ayrılıb - 0:3. Bununla, yığmamız turniri mükafatsız - 4-cü yerdə bitirib.
Qeyd edək ki, 5-ci yer uğrunda görüşdə Ukrayna Uelsə 5:0, 7-ci yer uğrunda oyunda Qazaxıstan Macarıstana 4:2 hesabı ilə qalib gəlib. Turnirin final matçında bu gün Çexiya və Slovakiya milliləri üz-üzə gələcək.
Fanat.Az