Bu gün futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, XXII turdan təxirə salınmış yeganə qarşılaşma "Olimpik Star”da baş tutub.
Elçin Səmədlinin idarə edəcəyi görüşdə "Marafon Futsal” və "FK İtaldizain Futsal” qarşılaşıb. 10 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib – 5:5.
Qazanılan 1 xal "Marafon Futsal”a 2-ci yeri təmin etmək üçün yetərli olub. Düzdü, son turda EKOL xal hesabında onlara çata bilər. Lakin şəxsi oyunlardakı üstünlük gümüş medalın sahibini tapması üçün kifayət edib.
Fanat.Az