12:33 12.05.2018 1715

Gəncə gözləmədə: Məmmədov Vəliyevlə oyun oynayır

Elxan Məmmədov yenə oyun oynayır. Özündənrazı baş katib əksəri bu baxımdan axsayan klub rəhbərlərinin ən zəif yerindən tutub və sənəd, yazı-pozu, lisenziya/tələb bəhanəsi ilə hamını barmağına doladığını sayır.
 
İş ondadı ki, Məmmədov bütün bunları həm də "yuxarılar”ın istəyi kimi qələmə verir, qeyri-rəsmi təbliğat vasitələri ilə iş aparır. Əslində isə futboldakı monopoliyasını möhkəmlətmək üçün "yuxarılar”a məlumatı da onların imtina edəcəkləri formada çatdırır. Dövlət məmurları başını qaldırıb, futbol təsərrüfatına bir qədər diqqətlə baxsa, şəffaflıq pərdəsi altında hansı məkrli planın olduğunu rahatca görə bilər.
 
Dünən AFFA İcraiyyə Komitəsinin iclasından sonra qərarlar açıqlandı və bəlli oldu ki, orada Premyer Liqada komanda sayı ilə bağlı heç nə yoxdu. Lakin baş katib öz müsahibəsində səlahiyyətlərini aşaraq ad çəkdi. Məmmədov konkret olaraq "Sabah”ın lisenziya tələblərini yerinə yetirdiyini və elitaya yüksəlməyə namizəd olduğunu dilə gətirdi. İdman prinsipinə uyğun olaraq, "Kəpəz”in aşağı dəstəyə düşəcəyini də sözlərinə əlavə etdi. Lakin bunun üçün Lisenziyalaşdırma Qrupu qərarını açıqlamalıdı.
 
Bu, Məmmədovun böyük oyunudu və o, bu sözlərlə mətbuat vasitəsi ilə Gəncə icra başçısı Elmar Vəliyevə mesaj göndərdi. Son vaxtlar bu şəhərdə "Kəpəz”in bölüşdürülməsi üçün müharibə gedir. Klub AFFA-dan göndərilən Mikayıl Nərimanoğlunun ifşa edilməsindən sonra şəhər rəhbərliyinə yaxın adamlar tərəfindən idarə olunur. Assosiasiya maliyyəni təmin etsə də, ciddi gecikmələrin olması da bu səbəbdəndi. Vəliyev kluba gələn pula öz cibindən də əlavələr etməklə komanda qurmaq istəyir, AFFA isə tam sahibi olmadığı kluba maliyyə ayırmaq istəmir.
 
İndi elə vəziyyət yaranıb ki, nə AFFA, nə də gəncəlilər geri addım atmır. Belədə Məmmədov əlindən çıxan klubu elitadan qovmaqla hədələyir və Vəliyevi təslim olmağa dəvət edir. "Sabah”ın adının hallandırılması da bununla bağlıdı. Bu gün ya Elmar bəy baş katibin şərtlərini qəbul edib, kluba yiyəliyi ona buraxmalı, ya da inadından dönməyib, diviziona getməklə barışmalıdı.
 
Hər iki halda uduzan Vəliyev olacaq. Çünki klubun Müşahidə Şurasının sədri oğlu Elmir bəydi. Bu şərtlərin hansının reallaşmasından asılı olmayaraq, kiçik Vəliyev uğursuz persona kimi yadda qalacaq və bu, onun gələcək karyerasına zərbə olacaq. Məmmədov pressinqə davam edir və Gəncədən hələlik xəbər çıxmır. Dünənki mətbuat konfransından sonra qəzəblənən gəncəlilər də rəsmi qərarı – "Sabah”ın elitaya buraxılmasını gözləyir.
 
Bəs, "Sabah” Premyer Liqaya hazırdımı? Sənədlərdəki nöqsanlar süni şəkildə yoluna qoyulsa da, əminliklə "yox” demək olar. Komandanın baş məşqçisi Arif Əsədov da bunu etiraf edib. Üstəlik, komandanın turnir cədvəlinin ortalarında olması faktı bunun əyani sübutudu. Eyni zamanda mövsüm boyu "Sabah”ın hətta divizion səviyyəsində təşkilati işlərdə problemi olduğunu görmüşük, bu adamların elitada iş qurması nağıl olacaq.
 
"Sabah” haqda Təhsil Nazirliyinin yeni rəhbərliyinin nə düşündüyü də çox maraqlıdı. Bu klubda təşklatlanma yekunlaşmayıb və Məmmədov özü də etiraf edir ki, hazırda klub müvəqqəti tranzit müddətində MMC-dir. Yəni ki, klubun Premyer Liqa planı olmayıb, "Kəpəz”lə bağlı Gəncə rəhbərliyini sıxmaq, eyni zamanda "Xəzər”in gəlişini əngəlləmək üçün tələsik belə bir addım atılıb.
 
Proseslərin gedişini maraqla izləyirik. Hətta bu gün "Sabah”a lisenziya verilsə də, məsələyə nöqtə qoyulmayacaq. Qarşıdakı 2 ay ərzində Elmar Vəliyevin yumruğunu stola çırpıb Məmmədovun yuxusunu qaçırması mümkündü. O zaman "Kəpəz” də elitada qalacaq, "Sabah” da ora yüksələcək, hətta 10-cu komanda kimi "Xəzər”ə də minnətçi düşüləcək. Amma bunun üçün Vəliyevlərin oyanması lazımdı.
 
Reqlamentə görə, "Kəpəz”in elitadan düşməsi qəribə deyil. Amma baş katib onun əvəzinə bunu haqq edən "Xəzər”i deyil, dostlarının qondarma klubu olan "Sabah”ı calamaq istəyirsə, o zaman iş şəffaflıq müstəvisindən çıxır. Elxan bəy qazon biznesindən, oyunçu transferindən, büdcə nizamlamasından və s. pay götürəcəyi klubu yarışa buraxırsa və Pemyer Liqadakı klubların yarıdan çoxunda söz sahibi olmaq hüququnu özündə saxlamaq istəyirsə, deməli, xiyar əyri bitib.
 
"Sabah”ın gəlişi və ya "Kəpəz”in Məmmədovun kurasiyasında olmaqla Premyer Liqada qalması – hər iki variant qəbulolunmazdı. SOCAR-ın büdcəsini qumarbaz divizion klublarına dağıdan bu adama daha güzəşt etmək olmaz. İllik hər birinə yarım milyona yaxın vəsaitin paylandığı, əvəzində adi lisenziya tələblərini yerinə yetirə bilməyən klublara maliyyə dayandırılmalı, lazım gəlsə, "Xəzər” kimi öz vəsaitini xərcləyən klublara yardım edilməlidi.
 
Ölkə rəhbərliyi də nəhayət, futbol təsərrüfatına diqqət yetirməlidi. İdman ölkəsi kimi tanınan Azərbaycan dünya üzrə elitasında ən az komanda oynayan 2-ci ölkədi. Üstəlik, "Kəpəz”in gedişindən sonra bu komandalardan yalnız biri – "Qəbələ” əyalət təmsilçisi olacaq. Qulağımızın dibindəki”Sumqayıt”ı və Suraxanıda məskunlaşan "Qarabağ”ı əyalət komandası saymaq olmur. Belə məhdud coğrafiya ilə futbolun inkişafından, yüksək hədəflərdən danışmaq mümkün deyil.
 
Maraqlıdı ki, dövlət futbola ən üst səviyyədə qayğı göstərir, lakin rayon camaatı üçün əla əyləncə vasitəsi olan top oyunu yalnız Bakıda oynanılır. Bunun hesabatını istəmək zamanıdı. Qondarma Region Liqası, qumarın baş alıb getdiyi birinci divizionla futbolun kütləviliyindən, bölgələrdə bu oyunun inkişafından danışmaq olmaz. Təkcə Gəncədəki oyunlara gələn tamaşaçı sayı son 2 mövsümdə Premyer Liqanı izləyənlərin ümumi sayının yarısından çoxdu. "Xəzər”in də Qubanı təmsil edəcəyini nəzərə alsaq, bu komandaları deyil, adi məşq meydançası da olmayan "Sabah”ı elitaya buraxmaq nə dərəcədə məntiqlidi?
 
Ümid edirik, "yuxarılar” da Məmmədovun oyununu izləyir və ona qulaqburması verən tapılacaq. Gəncə camaatını kimlərinsə cibini doldurması naminə narazı salmaq olmaz.
 
Mənbə: futbolinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X