Topaz Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən "Zirə" - "Kəpəz" matçından sonra meydan sahiblərinin məşqçisi Elnur Çodarov fikirlərini bölüşüb.
Fanat.Az sport24.az-a istinadən xəbər verir ki, qəsəbə təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
- Azarkeşlərimizə təşəkkür edirəm. Bilirdik ki, "Kəpəz"lə matç çətin olacaq. Qış fasiləsindən sonra bir çox rəqiblərə başağrısı olurdular. Son saniyəyə qədər əzmkar mübarizə izlədik. Futbolçularımıza təşəkkür edirəm. "Zirə"nin əvvəlki əzmkarlığı özünə qayıdır. Bu, futboldu, hər şey ola bilər.
- Milan Duriçin hərəkətinə görə klub onu cəzalandıracaqmı?
- Sözün düzü mən epizodu görmədim. Səhvi böyükdürsə əlbəttə ki, cəzalandırılacaq.
- Matçın final fitindən sonra paltardəyişmə otağında böyük sevinc yaşandı. Bu, vəd edilən mükafatla bağlı idi?
- Xeyr. Sadəcə, futbolçularımıza özünəinam hissi qayıdıb. Onlar uzun müddət idi ki, ardıcıl qələbə qazana bilmirdilər. İndi onun dadını çıxarırlar.
- "Sumqayıt"la son turdakı oyunu necə dəyərləndirirsiz?
- Var gücümüzü ortaya qoyacağıq. Hədəfimiz Avroliqaya vəsiqə qazanmaqdı. "Sumqayıt"la oyun bizim üçün final olacaq.
Fanat.Az