Cənubi Kipr çempionatında sonuncu - XXXVI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin formasını geydiyi "Anortosis” səfərdə APOEL-in qonağı olub.
Araz 62-ci dəqiqədə Karlitosun əvəzinə meydana daxil olub. Görüş həmyerlimizin komandasının 1:2 hesablı yenilgisi ilə başa çatıb.
Bu nəticədən sonra APOEL çempion olub. "Anortosis” isə üçüncü pilləni və Avroliqaya vəsiqəni təmin edib.
Bununla da Araz Abdullayev icarə əsasında çıxış etdiyi "Anortosis”in heyətində Cənubi Kipr çempionatının bürünc medalına sahib çıxıb.
Fanat.Az