12:02 13.05.2018 1909

“Sabah” və “Keşlə” üçün fərqli saxtakarlıq - YAZI

AFFA gözlənilən qərarı açıqladı. Lisenziya Komissiyası dünən baş katib Elxan Məmmədovun elan etdiyi planı reallığa çevirdi. Beləliklə, "Kəpəz”in Premyer Liqa həyatına son verildi və qondarma klub kimi sənədləri tələsik düzəldilən "Sabah”a elitada çıxış etmək şansı yaradıldı.

 

 

Qərar elə mətnlə yazılıb ki, ilk öncə həm "Kəpəz”in, həm də "Sabah”ın elitada oynamaq hüququ aldığı təəssüratı yaranırdı. Anlaşıqlı dillə izah edilməyən qərarı yalnız tam diqqətlə oxuyanlar xoşbəxtliyin debütanta nəsib olduğunu fərq etdilər. Gəncəlilərin sənədləri qaydasında olsa da, Premyer Liqada sonuncu yerdə olmaları, onlar üçün şans saxlamadı.

 

 

AFFA-nın planı reallaşdı. "Sabah” Elxan Məmmədovun dostlarına məxsus olduğundan, onlara "yaşıl işıq” yandırıldı və elitada oynamaq hüququ qazandılar. Lakin bizə bəllidi ki, bu klubun sənədlərində ciddi problem var. Baş katibin də etiraf etdiyi kimi, klubun hazırda maliyyələşməsi ilə bağlı problemlər yoluna qoyulur. Çünki maliyyə mənbəyi göstərilməyib və assosiasiya da hələlik şəffaf şəkildə bunu göstərə bilmir. "Xəzər”də olan problem "Sabah”da da var, sadəcə, bu klubun himayədarı Məmmədov olduğu üçün çatışmayan sənədlər gizlədilir, qurumun saytına yerləşdirilmir. Lakin təbii ki, prosesi sonadək izləyəcəyik.

 

"Kəpəz”in elitadakı yerini itirməsi ilə bölgə klublarının sayı növbəti dəfə azaldı və paytaxtda məskunlaşanların sayı 6-ya çatdı. 8 komandalı çempionat üçün faciəvi olan bu göstərici çətin ki, AFFA rəhbərliyini narahat etsin. Çünki onları ölkə futbolunun inkişafı yox, öz monopoliyaları düşündürür. Lisenziya almayan "Binə”, "Xəzər”, "Mil-Muğan”, MOİK, "Turan Tovuz”, "Qaradağ-Lökbatan”, "Şüvəlan", "Zaqatala”, eləcə də bu istəklə müraciət etməyən "Ağsu” klublarından əksərinin AFFA-dan havayı pul alması kimsəni düşündürmür.

 

İndi lisenziya almayan klubların 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti vermək hüququ var. Bu müddətdə yalnız "Xəzər”in sənədləri yoluna qoymaq ehtimalı realdı. Bir də ola bilsin ki, "Kəpəz” yenidən Premyer Liqada oynamaq üçün cəhd etsin. Amma görünən odur ki, Gəncə icra başçısı Elmar Vəliyev də nüfuzunun əzilməsinə razılaşıb və oğlunun Müşahidə Şurasının sədri olduğu klubla maraqlanmır. Halbuki şəhər stadionunda təmir işləri başlamışdı və klub elitada komanda sayının artırılması barədə vədə inanaraq yeni mövsümə hazırlaşırdı.

 

"Kəpəz"in icraçı direktoru Elnur Camalxanov açıqlamasında qeyri-müəyyənlik içində olduqlarını deyir: "Necə olacağını bilmirik. Lisenziyalaşdırmayla bağlı AFFA-ya rəsmi müraciət etmişdik, buna da müsbət cavab aldıq. Həmin lisenziya bizə Premyer Liqada çıxış etmək hüququ verir. Ancaq yekun qərarı AFFA verəcək. Çünki əsas məsələ ondadı ki, həm "Kəpəz"ə, həm də "Sabah" klubuna Premyer Liqada iştirak etmək üçün lisenziya verildi. Bizə AFFA-dan deməyiblər ki, bundan sonra necə olacaq. Ona görə də dəqiq bir şey deyə bilmərik. Bu gün və sabah qeyri-iş günləridi. Yəqin ki, yeni iş həftəsində bir şey məlum olar. Ola bilər ki, yekun qərarı AFFA İcraiyyə Komitəsi verər. Ümid edirik ki, sonluq "Kəpəz"in xeyrinə olacaq".

 

Bu, güzəştə olan ümidin mesajıdı. Lakin bunun üçün də iş görmək lazımdı. "Kəpəz” Premyer Liqadakı yerini rəsmən itirdiyindən, yalnız reqlamentin dəyişməsi, komanda sayının artırılması sayəsində nəyəsə ümid etmək olar. Bunun üçün isə "Xəzər”ə də güzəşt edilməlidi. Qarşıdakı həfədə kabinetlərdə gedəcək danışıqlar məsələnin sonucunu müəyyənləşdirəcək.

 

Lisenziya Komissiyasının kölgədə qalan, əslində, ən şok qərarı "Keşlə”ylə bağlıdı. Bakılılara avrokuboklarda iştirak üçün lisenziya verilməyib. Bu, "Qəbələ” ilə ölkə kubokunun finalı öncəsi paytaxt təmsilçisinin motivasiyasına təsir edəcək.

 

"Keşlə” PFK "İnter” PİK-in davamçısı qismində Topaz Premyer Liqasında iştirak edir. Lakin bu addəyişmə varislik hüququ ilə tamamlanmayıb. Varislik olsa, "İnter”in borcları da "Keşlə”nin boynunda qalmalı idi. O zaman saxtakarlıqla bundan qaçan paytaxt klubu indi 3 il ardıcıl çempionatda oynamamağın cəzasını çəkə bilər. Düzdü, UEFA-ya istisna yanaşmanın tətbiq olunması ilə bağlı müraciət edilib. Lakin qitə futbol qurumu bu məsələyə müsbət rəy verməsə, AFFA-nın da qanunu pozduğu, "Keşlə”nin Premyer Liqada oynamasına icazə verməməli olduğunu aydınlaşacaq.

 

P.S.:Nəvaxtsa "Sabah”la bağlı saxtakarlıqlar da belə üzə çıxacaq. Hələlik AFFA-nın lisenziya tələblərini kimin necə yerinə yetirdiyinə dair sənədləri şəffaflıqla açıqlamasını gözləyirik.

 

Mənbə: Futbolinfo.az


 

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X