Azərbaycan milli komandasının Latviya yığması ilə iyunun 9-da keçirəcəyi yoldaşlıq oyununun başlanma saatı müəyyənləşib.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Riqada keçiriləcək qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi millimizin mayın 29-da Qırğızıstan, iyunun 5-də isə Qazaxıstanla yoxlama oyunu nəzərdə tutulub.
Fanat.Az