20 yaşadək futbolçulardan ibarət Gürcüstan yığmasının heyəti açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, mayın 16-da azərbaycanlı həmyaşıdlarıyla qarşılaşacaq qonşu ölkə təmsilçisi bu gün Bakıya təşrif buyuracaq.
Baş məşqçi Vasil Maysuradze ölkəmizə 20 futbolçu gətirəcək.
Qapıçılar:Levan İsiani ("Qaqra”), Nika Kavtaradze ("Vit-Corciya”)
Müdafiəçilər: Sotne Patsatsia ("Merani”), Nikoloz Kurşavişvili ("Sxinvali”), Giorgi Jinjolava, Andria Purtseladze, Yuri Tabatadze (hamısı "Saburtalo”), Piruz Qabitaşvili ("Dinamo”, Tiflis), Zaur Kereleyşvili ("Dila”)
Yarımmüdafiəçilər: İrakli Buqridze ("Çixura”), David Samurkasov, Tornike Searçinuri (hər ikisi "Lokomotiv”), Beka Dartsmeliya ("Dinamo”, Tiflis), Qabriel Saqirişvili ("Samquruli”), Luka Poçkua ("Saburtalo”), Laşa Lejava ("Sioni”);
Hücumçular: Vato Arveladze ("Lokomotiv”), David Muciri ("Antalyaspor”, Türkiyə), Nuqzar Spandaraşvili ("Qaqra”), Mixail Erqemlidze ("Dinamo”, Tiflis).
Fanat.Az