2019 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Sabah” klubu əsas komandanın baş məşqçisi Arif Əsədovla yollarını ayırıb.
Klubdan Fanat.Az-a verilən məlumata görə, 48 yaşlı mütəxəssislə əldə edilən qarşılıqlı razılığa əsasən, onunla müqavilənin müddətinin artırılmamasına qərar verilib.
Komandanın yeni baş məşqçisinin başa çatan mövsümdə I Divizionun qalibi olan "Xəzər”ə rəhbərlik edən Elşad Əhmədovun olacağı gözlənilir.
Fanat.Az