Qurban Qurbanov milli komandanın heyətini açıqlayacağı tarixi açıqlayıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi heyəti ayın 21-də açıqlayacağını bildirib:
"Artıq 20-də üç oyun baş tutacaq. Yalnız "Qarabağ”ın "Qəbələ” ilə matçı qalacaq. Mayın 21-i günün ilk yarısında heyət elan olunacaq".
Qeyd edək ki, millimiz mayın 29-da Bakıda Qırğızıstan, iyunun 5-də Astanada Qazaxısan, ayın 9-da Riqada Latviya ilə yoxlama oyunu keçirəcək.
Fanat.Az