"Qarabağ” Avropa Liqasında 2017/18 mövsümünün qalibi olan "Atletiko”nu təbrik edib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi Feysbuk səhifəsi vasitəsilə edilən təbrikdə deyilir: "Avropa Liqasını 3-cü dəfə qazanan "Atletiko”ya dostundan təbriklər”.
Xatırladaq ki, Madrid klubu Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olub. Ağdam klubu Dieqo Simeonenin komandası ilə hər iki görüşdə (0:0, 1:1) rəqibindən xal almağı bacarıb.
Fanat.Az