Avstriyanın Şərq Regional Liqasında (3-cü liqa) növbəti turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, "Qarabağ Vyana” bu turda "Stadlau”nu qəbul edib.
Qarşılaşma Vyana klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ Vyana"ya qələbə qazandıran qola 35-ci dəqiqəsində azərbaycanlı futbolçu Dmitri Nağıyev imza atıb.
Qeyd edək ki, 29 oyunda 53 xal toplayan "Qarabağ Vyana” 16 komanda arasında 5-ci pilləni tutur və lider "Horn"dən 9 xal geri qalır.
Fanat.Az