Amit Quluzadənin çıxış etdiyi "Drita" Kosovo çempionu olub.
Fanat.Az xəbər verir ki, futbolçumuzun komandası son turda əsas rəqibi "Priştina" ilə səfər matçında heç-heçə edərək xalını 67-yə yüksəldib və turnir cədvəlini ilk pillədə başa vurub.
Qeyd edək ki, Amit Quluzadə sonuncu oyunda meydana çıxmayıb.
Fanat.Az