"Səbail"i tərk edən iki futbolçunun kimliyi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, mövsümü 7-ci pillədə başa vuran komandanın baş məşqçisi Samir Əliyev Yevgeni Koçuk və Faruk Miyadan imtina edib. Qışda icarəyə götürülən futbolçuların başa çatan müqaviləsi uzadılmayacaq.
Qeyd edək ki, "Səbail" Yevgeni Koçuku Slovakiyanın "Jilina" klubundan icarəyə götürüb. Moldovalı yarımmüdafiəçi Premyer Liqada 13 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Belçikanın "Standard" klubundan icarəyə götürülən uqandalı yarımmüdafiəçi Faruk Miya da 13 çempionat oyununda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az