Braziliya və dünya futbolunun unudulmaz əfsanələrindən olan Pele "Barcelona"nın yeni transferi Neymarı tərifləyib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, O, gənc ulduzun Lionel Messini keçə biləcək potensiala sahib olduğunu deyib: "Neymar son iki ildə çox inkişaf edib. Hər iki ayağını da çox yaxşı istifadə edir. Messini çox bəyənirəm. Amma müqayisə etmək lazım olsa, Neymar Messidən daha bütöv bir oyunçudur. Bəlkə onu keçə bilər belə. Bu potensialı onda görürəm".
İdman24.az