Topaz Premyer Liqasında 2017/18 mövsümü başa çatıb. Mövsümə "Qəbələ” – "Qarabağ” matçı ilə yekun vurulub.
Fanat.Az xəbər verir ki, ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra ilk 3 yerdə qərarlaşmış komandalar medallarına qovuşublar.
Komandalara mükafatlarını AFFA-nın baş katibi Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev təqdim edib.
Mərasimdə həmçinin 13 qolla Premyer Liqanın bombardiri olan "Qəbələ"nin hücumçusu Baqali Daboya xüsusi mükafat verilib.
Sonda çempionluq kuboku "Qarabağ"a təqdim edilib.
Qeyd edək ki, "Qarabağ” mövsümü birinci, "Qəbələ” ikinci, "Neftçi” isə üçüncü pillədə başa vurub.
Fanat.Az