Topaz Premyer Liqasında 2017/18 mövsümünə yekun vuruldu. Bu münasibətlə Peşəkar Futbol Liqası tərəfindən "Azersun Arena”da mükafatlandırma mərasimi və möhtəşəm atəşfəşanlıq təşkil olunub.
Mükafatlandıra mərasimi zamanı Topaz Premyer Liqasının çempionu "Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim edilib. Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və "Azersun Holding"in İdarə Heyətinin sədri Abdulbari Gözəl təqdim edib.
Qeyd edək ki, bu, "Qarabağ”ın ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğudu.