İcarə əsasında "Qarabağ"da çıxış edən Ramil Şeydayev gələn mövsüm hansı klubda çıxış edəcəyini bilmir.
Fanat.Az xəbər verir ki, futbolçu bu barədə "Qəbələ" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib:
"Hələ heç nə bilmirəm. Daha çox oynamaq istəyirəm, amma hələ hansı klubda oynayacağımı müəyyənləşdirməmişəm. "Trabzonspor"a qayıdıb-qayıtmayacağımı da bilmirəm. "Neftçi"yə gəlincə, bu klubdan mənimlə əlaqə saxlayan olmayıb".
Qeyd edək ki, "Qarabağ"ın "Trabzonspor"dan icarəyə götürdüyü Ramil Şeydayev bu mövsüm 19 rəsmi oyunda 1 qol vurub.
Fanat.Az