Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Fanat.Az-ın məlumatına görə, millimiz yerli komanda ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bolqarıstanın 2 qoluna yığmamızdan Sona Rəhimova yeganə topla cavab verib – 1:2.
Tərəflər arasında növbəti oyun mayın 25-də keçiriləcək.
Fanat.Az