Ölkə kubokunun finalında "Keşlə” "Qəbələ”ni yenəcəyi halda baş məşqçi Yuri Maksimov böyük məbləğdə mükafat alacaq.
Fanat.Az-a verilən məlumata görə Bakı təmsilçisində daha 1 mövsüm qalacağı dəqiqləşən mütəxəssisə mükafatla yanaşı, samballı transfer imkanı da yaradılacaq. Bunu görüş zamanı ukraynalı çalışdırıcıya klubun Müşahidə Şurasının sədri Zaur Axundov deyib. "Dnepr”də oynamış 2 həmyerlisini Bakı təmsilçisinə gətirmək istəyən Maksimova "finalda qələbə qazansaq, gətirərərik” cavabı verilib.
Hadisələrin sonrakı inkişafını titul uğrunda həlledici matçın ardından görəcəyik.
Fanat.Az