"Səbail”də mövsümün başa çatmasına həsr olunmuş gecədə klub nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.
Fanat.Az xəbər verir ki, debütantın sosial şəbəkələrində keçirilən səsvermənin yekunlarına görə, azarkeşlərin rəyinə əsasən ən yaxşı oyunçu Fəhmin Muradbəyli olub. Məşqçilərin və əsas heyətin oyunçularının rəyinə əsasən isə mövsümün ən yaxşı futbolçusu moldovalı yarımmüdafiəçi Yevgeni Koçuk seçilib. Qaliblər klub tərəfindən mükafatlandırılıb.
Həm Muradbəyli, həm də Koçuk qış fasiləsində uyğun olaraq "Neftçi" ilə Slovakiya "Jilina"sından icarəyə götürülüb. Yevgeninin Azərbaycan təmsilçisindən gedəcəyi də dəqiqləşib.
Fanat.Az