20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yoxlama oyunlarındakı rəqibi dəyişib.
Fanat.Az-ın məlumatına görə, Rəşad Sadıqovun yetirmələri bu gün və mayın 27-də Makedoniyanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirməli idi. Ancaq Balkan təmsilçisi Bakıya U-20 komandası ilə gəlib. Yəni qonaqların heyətinə 1998-99-cu il təvəllüdlü futbolçular daxil edilib. Beləliklə, qeyd olunan yoldaşlıq oyunları hər iki ölkənin U-20 yığma komandaları qarşılaşacaq.
Mənbə: affa.az