Latviya millisinin Baltika Kuboku və Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçisi Miksu Patelaynen iyunun 9-da Riqada baş tutacaq görüş üçün 23 futbolçuya dəvət göndərib. Heyətdə vaxtilə Azərbaycanın "Qəbələ”, "Qarabağ” və "Rəvan” klublarının formasını geyinmiş Kristian Torres də var. Argentina əsilli hücumçu bir müddətdir Latviya vətəndaşlığını qəbul edib.
Qapıçılar: Andris Vanin, Kaspar İksten, Yevgeni Neruqal
Müdafiəçilər: Maksimenko, Vladislav Qabov, İqor Tarasov, Kaspar Dubra, Vitali Yaqodinski, Qints Freymanis, Robert Savalnyek
Yarımmüdafiəçilər: Martsis Oşs, Jurkovski, Vyaçeslav İsayev, Aleksandr Fertov, Ritvar Ruqin, Yanis İkaunyek, Qleb Klyuşkin, Vladimir Kameş, Kristian Torres,
Hücumçular: Valeri Şabala, Davis İkaunyek, Artur Karaşauskas, Vladislav Qutkovski
Qeyd edək ki, Latviya yığması iyunun 2-də Estoniya, iyunun 5-də Litva, iyunun 9-da isə Azərbaycanla qarşılaşacaq. Son oyun "Dauqava" stadionunda təşkil olunacaq.
Fanat.Az