"Səbail"də Samir Əliyevin köməkçisi olmuş Araz Qulamovun yeni iş yeri müəyyənləşib.
Aut.az-ın əldə etdiyi məlumta görə, mütəxəssis I divizion təmsilçisi "Binə"nin baş məşqçisi təyin edilib.
Qeyd edək ki, "Səbail" rəhbərliyi bir neçə gün əvvəl Samir Əliyev və köməkçilərini istefaya göndərib.
Onu da qeyd edək ki, 2017/18 mövsümündə ilk dəfə I divizionda çıxış edən "Binə" 7-ci pilləni tutub.
Fanat.Az