Haiti milli komandasının üzvü Donald Gerrye "Qarabağ"dan ayrılacağı ilə bağlı xəbərləri təkzib edib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bununla bağlı şəxsi "Instagram" hesabında açıqlama yayıb. Gerye komandadan ayrılacağı ilə bağlı müsahibə vermədiyini və "Qarabağ"la bir illik müqaviləsinin olduğunu bildirib:
"İtaliya klubunda oynamaq üçün "Qarabağ”ı tərk edəcəyimi yazırlar. Düzgün informasiya deyil. Mənim "Qarabağ”la daha birillik müqaviləm var”.
Qeyd edək ki, Donald Gerrye ötən gün "Haitisporttotal” portalına açıqlamasında onunla İtaliya A Seriyasının adı açıqlanmayan klubunun maraqlandığını bildirib. Gerrye Avropanın Top-5 liqalarından birində oynaya biləcəyi ilə qürur duyduğunu vurğulayıb. O, ötən yay 2 illik müqavilə bağladığı "Qarabağ"ın heyətində 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Fanat.Az