Millimizin futbolçusu Dmitri Nazarov "Aue"ni tərk edə bilər.
Fanat.Az xəbər verir ki, 28 yaşlı hücumçu ilə II Bundesliqa təmsilçisi "Darmştadt" maraqlanır. Ancaq bunun üçün klub "Aue"ni bu transferə razı salmalıdı.
Qeyd edək ki, Nazarovun "Aue" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. O, başa çatan mövsümdə forma geyindiyi 33 rəsmi matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az