20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti matçını keçirəcək.
Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız növbəti dəfə Makedoniya ilə görüşəcək.
Bu, komandalar arasında ikinci qarşılaşma olacaq. İlk matçda qalib müəyyənləşməmişdi (1:1).
Ümumilikdə isə yığmamız bu ay içində 3-cü matçına çıxacaq. Makedoniya bərabərliyindən əlavə Gürcüstanın U-20 yığmasına 1:2 hesabı ilə uduzan komandamız doğma azarkeşlər önündə üçüncü matçında da ilk qələbəsini qazanmaq istəyir.
Görüş Mərdəkanda, "Dalğa Arena”da keçiriləcək və saat 19:00-da başlayacaq.
Yoldaşlıq oyunu
24 may
19.00 Azərbaycan (U-20) – Makedoniya (U-20)
Fanat.Az