18:31 27.05.2018 1856

Qurban Qurbanov: "Kamrandan hər an nə desən, gözləmək olar"

"Millətlər Liqası üçün sonuncu - üçüncü toplanışımızdır. Futbolçularımızı yaxşı hazırlamaq və onların meydanda bir-birilərini daha yaxşı anlamaları üçün toplanışlar önəmlidir. İnanıram ki, yarışın startına qədər komanda tam hazır olacaq. Get-gedə futbolçuların təcrübələrinin artdığını hiss edirəm”.

Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan yığmasına qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.

46 yaşlı mütəxəssis bu gün təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- İndi dəvət etdiyiniz futbolçuları Millətlər Liqası üçün yekun heyət adladırmaq olar?
- Elə deməzdim. Hər zaman axtarışdayıq. Daha hazırlıqlı futbolçuları çağırmağa çalışırıq. Lakin elə mövqelər var ki, futbolçunun hazırlıq durumu tam qane etməsə də, çağırırıq. Bu da onun təcrübəsindən irəli gəlir.

- Qırğızıstan millisinin heyəti elə də güclü deyil. Bu rəqiblə oyun bizə nə verəcək?
- Bu rəqibi çox ciddiyə alıram. Qırğızıstan millisinin zəif olduğunu deməzdim. Heç bir komanda barəsində mənfi fikirdə olmamışam.

- Azərbaycan kubokunun finalında iştirak edəcək "Keşlə” və "Qəbələ”nin futbolçuları Qırğızıstana qarşı oynayacaqlar?
- Xeyr. Final mayın 28-də olacaq. Bizim matç isə ertəsi gündür.

- Riçard Almeydanın zədəsi ciddidir, yoxsa yeni klubu ilə danışmaq üçün düşərgəni tərk edib?
- Durumu ciddidir. Bu toplanışda bizimlə olmayacaq. Bu səbəbdən düşərgədə yoxdur.

- "Qəbələ”nin futbolçusu Cavid Hüseynov intizamsız hərəkətləri ilə yadda qalır. Bu barədə nə deyə bilərsiniz?
- Belə şeylərə diqqət yetirirəm və onun hərəkətlərini xoşlamıram. Cavid milli üçün vacib futbolçudur. Final oyunundan əvvəl onunla danışmaq istəmədim. Amma finaldan sonra onunla ciddi söhbət edəcəyəm.

- Növbəti toplanışda Azər Əliyev və ya Deniz Yılmaz kimi legioner həyatı yaşan oyunçuları çağıracaqsınız?
- Dəfələrlə demişəm ki, çempionatın səviyyəsi aşağıdır, oyunların sayı azdır. Legioner futboçulara ehtiyac var. Təkcə Azəri deyil, adlarını açıqlamaq istəmədiyim izlədiyimiz futbolçular var. Qarşıdakı toplanışlara daha yaxşı çempionatlarda çıxış edən oyunçuları dəvət etmək fikrimiz var.

- Kamran Ağayev kapitan meyarlarına cavab verir?
- Kamrandan hər an nə desən, gözləmək olar (gülür). Çox dəyişib, onunla söhbətlərimiz olub. Amma bəzən çempionatda da öz köhnə vərdişlərindən əl çəkmir. Kapitan kimi bizi qane edir. Amma bu o demək deyil ki, kapitan dəyişilməzdir.

- "Qarabağ”ın yerli futbolçularına xarici klublardan dəvət var?
- Konkret təklif olan futbolçu yoxdur. Bəlkə hansısa menecerlər maraqlanıb.

- Yığmada ən problemli mövqe hansıdır?
- Bu gün problemi olmayan komanda yoxdur. Heyətdən çox bizim başqa problemlərimiz var. Çox istərdim ki, oyunçularımız ölkə xaricində çıxış etsinlər. Çempionatın səviyyəsi aşağıdırsa, orada oynayanların da səviyyəsi düşəcək. Bizi daha çox bu məqam narahat edir. Yığmaya gələnlər işlərinə məsuliyyətlə yanaşmağa çalışırlar.

- Ağabala Ramazanov və Rahid Əmirquliyev niyə "Qarabağ”da əsas heyət üzvünə çevrilmədilər?
- Bir futbolçu daim eyni səviyyədə çıxış edə bilməz. Yığmanın qapılarının artıq onların üzlərinə qapandığını düşünmürəm. Öz klublarında oynasınlar, lazım gəlsə, dəvət alacaqlar.

- Araz Abdullayev, Ufuk Budak və Bədavi Hüseynovun durumu necədir?
- Araz Abdullayevin durumu yaxşıdır. Bədavi Hüseynovun da vəziyyəti yaxşılığa doğru gedir. İndi məşqlərini komanda ilə birgə edir. Sadəcə olaraq, oyun praktikası azdır. Bəlkə, yoldaşlıq matçlarından birində 30 dəqiqə forma geyinəcək. Ufuk Budak da zədə üzündən 2 ay oynamayıb. O, yığmadan qabaq "Qarabağ”da bizimlə birgə məşq edirdi. Qırğızıstanla görüşdə əsas heyətdə yer almaycaq.

- Millətlər Liqasındakı rəqiblərimizin oyunları ilə maraqlanırsınız?
- Çoxdan başlamışıq. Hətta oyunlarına canlı baxmışıq.

- Ümumilikdə 9 futbolçunun "Qarabağ”dan ayrılması azarkeşlər arasında narahatçılığa səbəb olub. Bu barədə nə deyə bilərsiniz?
- Narahatçılıq hamımızda var. Belə hallar tez-tez olur. Düzdür, bu il gedənlərin sayı çox oldu. Yaxın günlərdə yoluna qoyacağıq. İndi fikrimizi milli komandaya yönəltmişik. ("Report")

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X