"Hələ heç nə bəlli deyil. Bu barədə ciddi danışmalı və müzakirələr aparmalıyıq. Hələlik gözləyirəm".
Fanat.Az xəbər verir ki, bu sözləri Türkiyənin "Samsunspor” klubundan ayrılan Ufuk Budak deyib.
6 gün "Qarabağ”da məşq edən millimizin üzvü bu komandaya keçməklə bağlı danışıqların oladığını bildirib: "Qurban Qurbanov məni fiziki vəziyyətimi düzəltmək üçün məşqlərə dəvət etmişdi. Uzun müddət oynamırdım. Aramızda "Qarabağ”da qalmaqla bağlı söhbət olmadı".
Fanat.Az