Azərbaycanı 2018/19 mövsümündə avrokuboklarda təmsil edəcək bütün komandalar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, sonuncu vəsiqənin taleyinə "Keşlə" və "Qəbələ" arasındakı final matçından sonra aydınlıq gəlib.
Paytaxt təmsilçisi Qəbələdə 1:0 hesablı qələbə sayəsində tarixində ilk dəfə ölkə kubokunu qazanıb. Bununla da Yuri Maksimovun komandası eyni zamanda Avropa Liqasına yüksəlib. Topaz Premyer Liqasında 4-cü yeri tutmuş "Zirə"nin Avroliqa ümidləri puça çıxıb. Bu, yalnız "Qəbələ"nin kuboku qazanması sayəsində reallığa çevriləcəkdi.
Beləliklə, növbəti mövsümdə Azərbaycanı Çempionlar Liqasında qızıl medalçı "Qarabağ", Avropa Liqasında isə gümüş və bürünc mükafatçılar "Qəbələ", "Neftçi", eləcə də kubokun sahibi "Keşlə" təmsil edəcək. Bütün 4 komanda mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.
Qeyd edək ki, ötən mövsüm bu komandalardan 3-ü avrokuboklarda təmsilçimiz olub. Yalnız "Zirə"ni "Neftçi" əvəzləyəcək.
Fanat.Az