Bir qədər öncə başa çatan yoldaşlıq oyununda Azərbaycan millisinə 0:3 hesabı ilə yenilən Qırğızıstan seçməsinin baş məşqçisi Aleksandr Krestinin oyunsonrası mətbuat konfransında jurnalistlər önünə çıxıb.
Fanat.Az-ın məlumatına görə, çalışdırıcı oyun haqda fikirlərini bölüşüb: "Gözəl stadionda, yaxşı komandaya qarşı oynadıq. Bu, bizim üçün yaxşı təcrübə oldu. Komandamızda təcrübə çatışmır. Futbolçularımız təzyiq altında oynaya bilmir. Elə buna görə də daha çox səfər oyunlarına üstünlük veririk. Açığı, qələbəyə ümid edirdik. Ancaq rəqibin təzyiqlərinə tab gətirmədik. Komandamın oyunundan razı qalmadım. Normalda biz standart vəziyyətlərdən qol buraxmırıq. Bu gün isə Azərbaycan yığması iki belə epizodda bizə qol vurdu. Təcrübəsizlik sözünü dedi”.
Rus çalışdırıcı "Azərbaycan yığmasının Millətlər Liqasındakı şanslarını necə dəyərləndirərdiz” sualına belə cavab verib: "Rəqibləriniz barədə elə də ətraflı məlumatım yoxdu. Buna görə, bu suala dəqiq cavab verə bilməyəcəm. Azərbaycan yığması yaxşı komandadı. Yaxşı, gözəl oyun sərgiləyirlər. Belə davam etsə, Azərbaycan millisinin qrupda yaxşı yerlərdən birini tutacağını düşünürəm. Sizə Millətlər Liqasında uğurlar arzulayıram.
Fanat.Az