23:11 29.05.2018 1488

Qurbanov: "Məşqlərdə etdiyimiz hücumları oyunda gördüm"

"İlk qələbəmizi qazandıq. Bu qalibiyyət çox vacib idi”. Fanat.Az-ın məlumatına görə, bunu bu gün baş tutan yoldaşlıq görüşündə Qırğızıstan seçməsini 3:0 hesabı ilə yenən Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Oyundan sonra təşkil edilən mətbuat konfransında Qurbanov matç haqda fikirlərini bölüşüb və sualları cavablandırıb: "Komanda optimal formada deyil. Nəticəni bir kənara, məşqlərdə üzərində işlədiyimiz hücumları gördüm. Bir qədər keyfiyyət çatışmırdı. Amma futbolçuların məşqdə etdiklərini oyunda təkrarlaması məni razı saldı. Nəticə də mənim üçün vacib idi. Futbolçularımı təbrik edirəm”.

 
- İlk hissəylə ikinci hissədə izlədiyimiz fərqli oyun sizin tapşırığınız idi?

- Futbolda belə bir psixologiya var: qol vuran komanda rahatlayır, məğlub durumda olan komanda isə tam fərqli. Futbolçularım bu görüşdə mənim rəhbərliyim altında ilk qələbəni əldə etmək istəyirdilər. İkinci hissədəki əvəzetmələr də uğurlu alındı. Bu oyunda, demək olar ki, düşündüyümüz bütün epizodlarla qarşılaşdıq. İkinci hissədə bəzi tapşırıqlar verdim. Daha cəld oynamağa başladıq. İlk hissədə isə istədiyimiz hücumları qura bilmirdik.

- Bu gün komanda hücum futbolu oynadı. Qarşıdakı iki görüşdə yığmamızın ifasında da bu cür futbol izləyə biləcəyik?

- Çalışıram, hər oyunçunun potensialına yaxşı bələd olum. Biz bu komandanı nətciə qazanması üçün hazırlayırıq. Bəzən rəqiblərin gücü istədiyimiz oyunu sərgiləməyə mane olur. Hərdən nə qədər hücum futbolu sərgiləmək istəsək də, rəqiblərin səviyyəsi imkan vermir. Buna görə də, hücumda nə qədər yaxşı futbol sərgiləsək belə, müdafiədə də etibarlı oynamalıyıq.

- Komanda nə dərəcədə hazırdı?

- Deməzdim, tam hazırıq. Hələ çox çalışmalıyıq. İlk hissədə də hücumlarımız olsa da, dəyərləndirə bilmədik. Məni sevindirən o oldu ki, standart vəziyyətdən iki qol vurduq. Fikrimcə, Millətlər Liqasında da həm standart vəziyyətlərdən qol vurmaq, həm də bu cür vəziyyətlərdə qol buraxmamaq əsasdı.

- Prosineçkinin dövründə Dmitri Nazarov cinahda oynayırdı. Siz isə ona mərkəzdə şans verdiz. Nəzərə alsaq ki, Almeyda da mərkəzdə oynayır, gələcəkdə Nazarovu əvvəlki mövqeyində görə bilərik?

- Onlar fərqli oyunçulardı. Səhv etmirəmsə, Prosneçkinin vaxtında da Nazarov mərkəzdə oynayıb. Onun potensialına bələd olduğum qədər deyə bilərəm ki, Nazarovun oyunu mərkəzdə daha yaxşı alınır.

- Komandada taran tipli hücumçu yoxdu. Bu problemi həll etmək üçün millidə yeni futbolçu, məsələn, Rüfət Dadaşovu görə bilərik?

- Alternativ variantlar barədə düşünürük. Nə qədər mümkün olacaq, gələcəkdə görəcəyik.

- Söz-söhbətlərə inansaq, Rahil Məmmədov, Cavid İmamverdiyev və Filip Ozobiç "Qarabağ”a keçəcək?

- Harda gedən söz-söhbətə? (gülür) Gəlin, bu gün millidən danışaq. Onlar bizim transfer siyahımızda var. Bəzən futbolçunu transfer etmək mümkün olmur, amma onu transfer siyahımızda saxlayırıq.

- Pavel Paşayevin zədəsi ciddidi?

- Hələ dəqiq bilinmir. Ciddi demək də olar, deməmək də. Riçard Almeydanın zədəsindəndisə, ciddidi.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X