"Astana Arena”da baş tutacaq görüşdə azarkeşlərimiz önündə yaxşı futbol sərgiləmək və Azərbaycan millisinə qalib gəlmək istəyirik”.
Bunu Qazaxıstan yığmasının futbolçusu Yevgeni Postnikov Azərbaycan millisi ilə iyunun 5-də Astanada keçirəcəkləri görüş haqqında danışarkən deyib.
"Astana” klubunun formasını geyinən 32 yaşlı müdafiəçi bildirib ki, əsas məsələ "Kaysar”a 2:0 hesabı ilə qalib gəldikləri çempionat oyunudan sonra bərpa olunmaqdır: "Ardından yığmanın matçına hazırlaşacağıq”.
"Astana”nın və Qazaxıstan yığmasının qapıçısı Nenad Eriç isə deyib ki, Azərbaycan millisi keyfiyyətli futbol nümayiş etdirir: "Kaysar"a qalib gəlməyimiz yaxşı oldu. İndi yaxşı əhval-ruhiyyə ilə yığmaya gedirik. Azərbaycan millisi yaxşı komandadır, keyfiyyətli futbol sərgiləyir. Ona görə də maraqlı matçın olacağını gözləməyə dəyər”.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. ("Report”)
Fanat.Az