Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın Avstriya toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi "Ludoqorets" (Bolqarıstan), "Vakker İnsbruk" (Avstriya), "Dinamo" (Kiyev, Ukrayna) və Suriya millisi ilə qarşılaşacaq.
23 iyun. "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan)
26 iyun. "Qarabağ" - "Vakker İnsbruk" (Avstriya)
30 iyun. "Qarabağ" - Suriya yığma komandası
4 iyul. "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna)
Qeyd edək ki, "Qarabağ” iyunun 20-də Avstriyaya yola düşəcək.
Fanat.Az