"Səbail" növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, paytaxt klubu "Zirə"dən ayrılan Orxan Əliyevi heyətinə qatıb. 23 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Orxan Əliyev karyerası ərzində "Sumqayıt", "Xəzər Lənkəran" və "Kəpəz"də oynayıb. O, 2017/18 mövsümündə "Zirə"nin heyətində cəmi 9 rəsmi oyuna çıxaraq 415 dəqiqə oynayıb.
Onu da qeyd edək ki, "Zirə" bundan əvvəl "Qarabağ"dan Rahid Əmirquliyev və Ağabala Ramazanovu, "Kəpəz"dən isə Şəhriyar Rəhimovu transfer edib.
Fanat.Az