14:16 03.06.2018 2241

"Leon"un bş məşqçisi: "Milliyə futbolçular yetişdirəcəyik" - FOTOLAR

Dünən "Leon" Futbol Akademiyasının rəsmi saytının açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, təqdimat mərasimində klub nümayəndələri ilə yanaşı, AFFA rəsmiləri Cahangir Həsənzadə ilə Zaur Hacı-Məhərrəmov və Azərbaycan millisinin keçmiş futbolçusu Vüqar Nadirov da iştirak edib.

Tədbiri giriş sözü ilə açan klubun baş məşqçisi Elvin Həsənov "Leon”un fəaliyyətindən danışıb. O bildirib ki, 2015-ci ildə klubu təsis edərkən, çətinliklərə baxmayaraq, ruhdan düşmədən onun inkişaf etdirilməsi üçün səylə çalışıblar: "Uşaqları komandaya toplayaraq, böyük əzmkarlıqla məşqlərimizi davam etdirirdik. Klubumuzun əsas məqsədi təlim-tədrisə peşəkar məşqçilərin cəlb edilməsi oldu. Klubumuza UEFA-nın B kateqoriyalı peşəkar məşqçiləri dəvət edildilər. Peşəkar məşqçilər kluba cəlb edildikdən sonra Avropa Futbol Tədrisi proqramları əsasında məşqlərimiz davam etdirildi".

E.Həsənovun sözlərinə görə, klubun qarşısına qoyduğu əsas məqsədlərdən ən başlıcası 4 - 12 yaşlı uşaqların futbol oynamaq potensialını üzə çıxarmaq, onları inkişaf etdirmək, peşəkar futbolçu səviyyəsinə çatdırmaqdır: "Uşağlarımızın kiçik yaşlarından futbol meydanında sərbəst hərəkət etmələri, koordinasiya və topla davranışı, onlara peşəkar texniki üsul və bacarıqları, fiziki və mənəvi hazırlıqları, qısa zamanda düşünərək düzgün qərar qəbul etməyi, hərbi nizam və intizamı, tədris proqramı əsasında öyrətməyə nail olduq. Eyni zamanda gənc futbolçularımızın müvafiq orta məktəb və liseylərdə aldıqları təhsilin yüksək səviyyədə saxlanılmasına daima nəzarət etdik. Burada uşaqları düzgün tərbiyə etməklə yanaşı, həm də futbolun sirlərini öyrətmək istəyirik. Ümid edirəm ki, Azərbaycan millisinə bir neçə futbolçu yetişdirəcəyik. Rəsmi tərəfdaşımız olan "Ekspromt Memarlıq və İnşaat” qrupuna təşəkkür edirəm. Bu gün saytımızın yaranmasında onların böyük əziyyəti var. Bizə dəstək olub uğurlarımızı hər kəsə çatdırmağa kömək ediblər”.

E.Həsənov "Leon"un azyaşlılardan ibarət komandalarının Azərbaycan çempionatlarındakı çıxışına toxunub: "Uzun və gərgin əməyimiz nəticəsində klubumuzun bəhrəsini bir ildən sonra, yəni, 2016-cı ildən görməyə başladıq. Məktəbimiz nəinki Azərbaycan futbolu, hətta Avropa və dünya futbolu üçün peşəkar, intellektual futbolçular yetişdirməyi qarşısına hədəf qoydu. Ölkə çempionatlarında bir neçə uşaq futbol komandamız çıxış edir. Onlardan ikisi ötən il uğurlu oyunu ilə yadda qalıb. U-12 komandası 105 komanda arasında 3-cü, U-10 komandası 5-ci yeri tutub. Həmin il U-10 komandamız Turkiyədə "Altınordu” futbol klubun təşkilati ilə keçirilən "İnternational Champions trophy”, U-10 "Izmir Cup 2017" turnirində 40 komanda arasında 5 ci yeri tutub. Bundan başqa, U-10 komandamız "Qış kuboku 2017”də 1-ci yerə layiq görüldü, "Sabahın ulduzları” Bakı çempionatlarında daima mükafatçılar sırasında yer almağa müvəffəq olduq. Lakin biz bu qısa müddətdə əldə etdiyimiz zəfərlər və uğurlarla kifayətlənmədik. Klubumuzun rəhbərinin və idarə heyəti üzvlərinin gərgin əməyi nəticəsində maddi-texniki bazasını və tədrisini daha da təkminləşdirdik, müasirləşdirdik. 2018-ci ildə "Leon” respublika çempionatında birincilik uğrunda rəqibləri ilə çox gərgin mübarizə apardı. Bunun nəticəsində klubumuzun U-10 və U-11 yaş qrupu 4-cü yeri qazandı".

Beynəlxalq əlaqələrə də üstünlük verdiklərini deyən baş məşqçi oyunçularına yerli və xarici klublardan transfer təkliflərinin gəldiyini diqqətə çatdırıb: "Bu da bizim düzgün mövqedə olmağımızdan xəbər verir, bizi daha da ruhlandırır, məsuliyyətimizi və gələcəyə ümidimizi artırır. Bütün uğurların davamı olaraq artıq klubumuzun rəsmi saytı da fəaliyyətə başlayıb. Məhz saytımız vasitəsilə klubumuzun qazandığı uğurları sizlərlə bölüşəcəyik".

Daha sonra www.leonfk.com ünvanında yerləşən sayt təqdim olunub. Saytda klubun tarixi və nailiyyətləri, iştirak etdiyi yarışlar, qarşısına qoyduğu məqsədlər və s. barədə geniş məlumatlar əksini tapıb.

AFFA-nın Texniki Departamentinin rəisi Cahangir Həsənzadə və texniki direktorun müavini Zaur Hacı-Məhərrəmov "Leon"un uşaq futbolunun inkişafı naminə işlərini yüksək qiymətləndirib, klub akademiyasında yetişən uşaqların yüksək istedada malik olmalarından bəhs ediblər. C.Həsənzadə deyib: "Biz daim bu klubu izləyirik. Öz fəaliyyətləri ilə diqqət çəkirlər. Məşqçilərin də B kateqroiyası var. Onların da daha yüksək kateqoriyalar alacağına və daha da inkişaf edəcəklərinə inanıram”.

Z.Hacı-Məhərrəmov isə akademiyanın işi ilə əyani tanış olduğunu deyərək, "Leon"un nümunəvi fəaliyyətinə diqqət çəkib.

Sonda akademiyanın bir qrup futbolçusunun iştirakı ilə tort kəsilib, iftar süfrəsi açılıb.

Fanat.Az 
 






Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

12:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

Facebookdan bizi izləməyi unutmayın.
X