11:25 04.06.2018 1324

Milli komandamızın üzvü "Bursaspor"da oynayacaq

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının hücumçusu Ozan Can Kökçü növbəti mövsümü müqavilə üzrə məxsus olduğu Türkiyənin "Bursaspor" klubunda keçirəcək.

Bu barədə 20 yaşlı oyunçunun özü "Bursa Hakimiyet"ə açıqlamasında bildirib. Gənc forvard ötən mövsümün ikinci hissəsində icarə əsasında çıxış etdiyi Hollandiya "Valveyk"indəki karyerasının xeyli səmərəli alındığını söyləyib: "Mənim "Bursaspor"da hədəflərim var idi. Lakin əvvəlki baş məşqçi və heyətin genişliyi üzündən əsas komandaya düşməyim çətin görünürdü. Bu səbəbdən, məni istəyən bir çox klub arasından şəxsi məşqçilərimin də olduğu Hollandiya çempionatını seçdim və orada təcrübə topladım".

Hazırda Azərbaycanın U-21 millisinin düşərgəsində olan Kökçü "Bursaspor"un yeni baş məşqçisi Samet Aybabanı tərifləyib. Onun fikrincə, Aybaba bəyəndiyi və futbolu sevən mütəxəssis olmaqla yanaşı, gənclərə də böyük önəm verir: "Onunla çalışacağım üçün xoşbəxtəm və yeni mövsümü səbirsizliklə gözləyirəm. Hollandiya çempionatı başa çatdıqdan sonra birbaşa Azərbaycana gəldim. Həm millidə, həm də fərdi qaydada məşqlərimi davam etdirirəm. Növbəti mövsümdə yeni baş məşqçimizlə birgə yüksəlişə nail olaraq, əsl Ozan Canın kim olduğunu xatırladacağam".

Kökçü Türkiyə milli komandasına üstünlük verib-verməyəcəyinə dair suala isə qəti cavab verməyib: "Bu barədə çox danışmaq istəmirəm. Bundan əvvəl Türkiyə yığmasının aşağı yaş qrupları üzrə koordinatoru Tolunay Kafkasla Hollandiyada görüşmüşdük. Daha əvvəl Azərbaycan millisindən bəzi problemlərə görə imtina etməli olmuşdum. Lakin yeni baş məşqçi Rəşad Sadıqovun gəlişi ilə yığmaya yenidən dəvət aldım. Sadıqov çox yaxşı insan və baş məşqçidir. Onun mənə çox şey öyrədəcəyini düşündüm və yenidən milliyə gəlməyə razılaşdım. Bu məsələdə təfərrüatlara varmaq istəmirəm. Əsas millidə oynamağın bir az da qismət məsələsi olduğunu düşünürəm".

20 yaşlı forvard onu bildirib ki, "Bursaspor"da şans veriləcəyi təqdirdə, nələrə qadir olduğunu göstərəcək.

Özan Can Kökçü daha əvvəl Azərbaycanın U-20 yığmasının heyətində yoldaşlıq görüşlərində iştirak edib. Hazırda Kökçü bu gün U-21 yığmasının Qazaxıstanla "Astana Arena"da keçirəcəyi yoldaşlıq görüşü ilə əlaqədar Qazaxıstandadır. ("Report")

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

12:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

Facebookdan bizi izləməyi unutmayın.
X