"Keşlə"nin baş məşqçisi Yuri Maksimov klubla başa çatan müqaviləsini uzatmaq üçün şərt qoyub.
Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis bu barədə www.ua-football.com saytına müsahibəsində deyib.
Belə ki, Maksimov ötən mövsüm komandada oynayan futbolçuların saxlanılmasını istəyir: "Klub rəhbərliyi mənim qalmağımı istəyir və yeni müqavilə təklif olunub. İlkin razılıq vermişəm. Amma bir şərtim var ki, komandanın bütün heyəti saxlanılmalıdır. Bununla yanaşı, heyət müəyyən qədər gücləndirilməlidi".
Fanat.Az