Ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edən Pedro Enrike üçün PAOK-a ödənilən məbləğ açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Yunanıstanın "Metrosport” nəşri məlumat yayıb. Bildirilir ki, "Qarabağ" braziliyalı yarımmüdafiəçi üçün qarşı tərəfə 166 min avro pul verib. Bu pulla isə PAOK digər oyunçusu Aleksandris Paşalakisin maaşını ödəyib. Pedro Enrikenin özünün "Qarabağ”da nə qədər qazanması haqda isə məlumat verilməyib.
Qeyd edək ki, ötən mövsüm "Qarabağ"da 19 oyun keçirən Enrike 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az