"Biz "Çelsi”və "Roma” kimi böyük komandalara qarşı pis oynadığımız üçün deyil, "Qarabağ”la hər iki matçda xal itirdiyimiz üçün Çempionlar Liqası ilə vidalaşdıq. Belə hallara yol verməməliyik”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Atletiko"nun futbolçusu Antoine Qrizmann deyib. Fransalı futbolçu Çempionlar Liqasında 1/8 finala çıxa bilməmələrinin səbəbi ilə bağlı danışarkən bildirib ki, "Qarabağ"la hər iki oyunda heç-heə etdikləri üçün mübarizəni Avropa Liqasında davm etdirməli olublar.
Qeyd edək ki, "Atletiko" başa çatan mövsümdə Avropa Liqasının qalibi olub.
Fanat.Az