"Bu transfer pəncərəsi bizim üçün ən ağır dönəm olacaq. Çox sayda futbolçu komandadan gedib. Bəzilərinin müqavilə müddəti bitdiyi üçün, bəziləri cəlbedici təkliflər aldığına görə komanda ilə vidalaşıb”.
Fanat.Az xəbər verir ki, bu sözləri sportLine.az saytına açıqlamasında "Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.
Komandanın çətin prosesdən keçdiyini söyləyən futbolçu "Çempionlar Liqasının qrup mərhələsinə düşəndən sonra futbolçularımız yaxşı təkliflər alıblar. Buna görə də, müqavilələri uzada bilmədik. Təbii ki, onları da qınamaq düzgün deyil. Buna görə də, alternativ variantlar barədə düşünməliyik. Bu isə ağır prosesdi. "Liverpul” kimi komanda bu günə qədər qapıçı problemini həll edə bilməyib. Halbuki, milyonlarla büdcəsi var. Yaxşı futbolçu almaq hər bir klub üçün böyük problemdi. Bizə də çox sayda futbolçu lazım olacaq”, deyə bildirib.
Çempionlar Liqasındakı perspektivlərdən danışan Sadıqov "Bu il işimiz daha çətin olacaq. Bildiyiniz kimi, reqlament dəyişib. Güclü komandaların sayı artıb. Bu da bizim üçün əlavə çətinlik yaradacaq. Çalışacağıq, yaxşı çıxış edək. Vaxt da az qalıb. Təxminən 40 gün sonra Çempionlar Liqasında oyuna çıxacağıq. Bu qısa vaxtda yaxşı hazırlaşıb dövlətimizi layiqincə təmsil etmək istəyirik”, deyə qeyd edib.
Fanat.Az