13:55 06.06.2018 1642

“Qəbələ”, “Neftçi” və “Keşlə” Avroliqadan nə qədər qazana bilər?

UEFA 2018/19 mövsümündə Avropa Liqasının iştirakçıları arasında ümumilikdə 560 milyon avro bölüşdürəcək.

Ümumi ödənişlər iştirakçı klublar arasında 4 cür paylanılacaq:

25 faiz - İlkin ödənişlər (140 mln.)

30 faiz - İdman nəticələri əsasında təsbit edilmiş ödənişlər (168 mln.)

15 faiz - Komandaların son 10 illik zaman kəsiyindəki çıxışları əsasında hazırlanmış reytinqə əsasən bölünəcək (84 mln.)

30 faiz - Marketinq payına uyğun bölünəcək (168 mln.)

140 milyon avroluq ilkin ödənişlərdən qrup mərhələsindəki 48 iştirakçı komandanın hər biri 2.62 milyon avro qazanacaq.

168 milyon avroluq təsbit edilmiş ödənişlərdən klub qrup mərhələsində hər qələbəsinə 570 min avro, heç-heçəyə 190 min avro alacaq. İstifadə olunmamış vəsaitlər (hər heç-heçə üçün 190 min avro) toplanacaq və qrup mərhələsində çıxış etmiş klublar arasında qələbə sayına uyğun bölünəcək.

Qrupun hər bir qalibi 1 milyon avro, ikinci yerin sahibi isə 500 min avro əldə edəcək.

Pley-off mərhələsinə çıxacaq klublar üçün ödənişlər isə belə müəyyənləşib:

1/16 finalda iştirak üçün - hərəyə 500 min

1/8 finalda iştirak üçün - hərəyə 1,1 mln.

1/4 finalda iştirak üçün - hərəyə 1,5 mln.

Yarımfinalda iştirak üçün - hərəyə 2,4 mln.

Finalda iştirak üçün - hərəyə 4,5 mln.

Qalib - əlavə 4 mln.

UEFA Super Kubokuna vəsiqə qazanan klublar hərəyə 3.5 milyon avro alacaqlar. Qalib isə əlavə 1 milyon avro qazanacaq.

10 illik dövrdəki çıxışlara uyğun tərtib olunmuş reytinq əsasında 84 milyon avroluq ödənişlərdən bir payın məbləği 71430 avrodur. Bu məbləğ ən aşağı reytinqli kluba çatacaq. 48 iştirakçı arasında ən reytinqlisi isə 48 pay (3.42 milyon avro) əldə edəcək.

168 milyon avroluq marketinq payı qrup mərhələsindən etibarən Avropa Liqası iştirakçılarının təqdim etdikləri hər bir konkret televiziya bazarının çəkisinə uyğun bölünəcək. Sonra isə bu məbləğ müvafiq milli assosiasiyanı təmsil edən klublara paylanılacaq.

Marketinq payından ödənişlər bütün müqavilələr bağlanıldıqdan sonra və turnir bitəndən sonra ödəniləcək. Çünki hər bir klubun konkret mükafat məbləği 5 amildən asılıdır:

- Marketinq payının real məbləği

- 2018/19 mövsümündə Avropa Liqası iştirakçılarının tərkibi

- Avropa Liqası iştirakçıları arasında hər bir milli assosiasiyadan klub sayı

- Avropa Liqası iştirakçısının son ölkə çempionatında tutduğu yer

- Hər bir klubun Avropa Liqasındakı nəticəsi.

Həmrəylik ödənişlərinə gəldikdə, yeni bölgü sisteminə əsasən, Çempionlar Liqası və ya Avropa Liqasının təsnifat mərhələsində çıxış edən klublara ümumi gəlirdən 3 faiz, üstəgəl, Çempionlar Liqası klublarından 10 milyon avro ödəniləcək. Ümumilikdə bu məbləğ 107.5 milyon avro təşkil edəcək.

Avropa Liqasının Çempionlar Yolu və Liqa Yolu üçün bölgü belə müəyyənləşdirilib:

- İlkin mərhələdə iştirak etdikləri üçün - 220 min

- Birinci təsnifat mərhələsində iştirak etdikləri üçün - 240 min

- İkinci təsnifat mərhələsində iştirak etdikləri üçün - 260 min

- Üçüncü təsnifat mərhələsində iştirak etdikləri üçün - 280 min (Yalnız Çempionlar Yolu üçün. Çünki bu mərhələdə mübarizəni dayandırmış Liqa Yolundan olan klublar Avropa Liqasının qrup mərhələsinə avtomatik vəsiqə qazanır və sonradan bu turnirdən mükafat qazanırlar)

Pley-off raundunda iştirak etdikləri üçün - 300 min avro (Yalnız mübarizəni dayandıran klublar üçün). Pley-off raundunun qalibləri üçün həmrəylik ödənişləri nəzərdə tutulmayıb. Lakin bu zaman onlar daha erkən mərhələlərdən mübarizəyə başlayıblarsa, təsnifat mərhələlərində iştirak etdikləri üçün ödənişlər alacaqlar.

Avrokubokların qrup mərhələsinə vəsiqə qazanmamış klublara ödənişlər milli assosiasiyalar və ya liqalar vasitəsilə çatdırılacaq. Bu komandalar ümumi gəlirin 4 faizini alacaqlar. Həmin məbləğin ümumilikdə 130 milyon avro olacağı planlaşdırılır.

Qeyd edək ki, ÇL-də Azərbaycanı Premyer Liqanın qalibi "Qarabağ” təmsil edəcək. "Qəbələ”, "Neftçi” və "Keşlə” isə Avropa Liqasına vəsiqə qazanıblar. (Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 İyun 2025
09:00

"Atletiko"dan inamlı qələbə, PSJ məğlub oldu

01:00

Klublararası dünya çempionatı: Messi "İnter Mayami"yə qələbə qazandırdı

19 İyun 2025
23:54

Azərbaycan gimnastı dünya çempionatında finala yüksəldi

23:28

"Palmeyras" "Əl Əhli"ni məğlub etdi

23:05

"Yuventus" bunu 22 il sonra bacardı

22:09

Azərbaycan yığması dünya çempionatını 3 medalla başa vurdu

21:50

"Araz-Naxçıvan"ın rəqibi "Gent"in oyunçusunu transfer etdi

21:20

"Yuventus"un futbolçusu Trampla görüşündən danışdı - "Başqa seçimim yox idi"

20:49

Millimiz Moldova yığmasına qalib gəldi

20:16

Azərbaycan millisi "Airom Cup"-a inamlı qələbə ilə başladı

19:51

Ukrayna futbolunun əfsanəsi insult keçirdi

19:18

"Barselona" 7 futbolçusunu satmağa qərar verdi - ADLAR

18:55

"Sabah"ın rəqibi bombardirini satdı

17:48

"Sabah": 3 oyun, 3 darmadağın

17:30

Azərbaycan cüdoçusu "bürünc" uğrunda yarışacaq

17:11

AFFA-dan "Şamaxı"nın məşqçisi ilə bağlı yeni qərar

16:53

"Səhv etməyə haqqımız yoxdur" - Qattuzo milludə nəyi dəyişmək istəyir?

16:34

Avrokubok perspektivi - Klublarımızdan nə gözləyək?

16:15

"Bu kluba həyatımı da verməyə hazıram"

15:57

"Bir qədər məyusam, çünki..." - Trent Aleksander-Arnold

15:22

MY dünya çempionunu bu qiymətə ala bilər

15:04

Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri bilindi

14:45

Hakan Çalhanoğlu "Qalatasaray"da? - Klub prezidenti açıqladı

14:26

Riera "Sabah"la bağlı danışdı

14:08

"Araz-Naxçıvan" braziliyalı müdafiəçi ilə anlaşdı

13:50

La Liqa klubu milli üzvünün keçidini reallaşdırdı

13:32

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib - FOTOLAR

13:14

"Yuventus"un baș məşqçisi darmadağını belə şərh etdi

12:55

Ehtiram Quliyev alman mütəxəssislə görüşdü

12:36

Xabi Alonso "Real Madrid"dən narazı qalıb - "Gördüklərim xoşuma gəlmədi"

12:17

Ərəblər Leaunu "Bayern Münhen"in əlindən alır - Danışıqlar başladı

11:58

Azərbaycan millisi Farer adalarına yollandı

11:40

Vüqar Nadirov "Şəmkir"dən getdi

11:21

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:02

"Zirə"nin rəqibində 3 yeni müqavilə: Ötən yay Bakıya gələn futbolçu ilə anlaşdılar

10:43

Klublararası dünya çempionatında 2-ci tur başlayır - Messi ilk qələbəyə sevinə biləcək?

10:23

Kresponun yeni iş yeri bilindi

09:46

Dünya çempionatı: Azərbaycanın son cüdoçusu mübarizəyə başlayır

09:24

Runi məşqçilik karyerasını dayandırdı - Özü açıqladı

09:00

"Yuventus" ABŞ-də coşdu

Facebookdan bizi izləməyi unutmayın.
X